Həkim Orxan Qasımov haqqında

Tarixçə

  2006-cı ildən bəri xəstələrlə işləyirəm və    bu günə qədər yüzlərlə  xəstəni müalicə etmişəm. 2006-2016-cı illər arasında Milli Stomatoloji Mərkəzdə işləmişəm, hazırda fəaliyyətimi “ORTHO1 MMC” şəxsi klinikasında davam etdirirəm.

·   2009-cu ildən  AAO-nun illik konfranslarında mütəmadi iştirak edirəm və boş vaxtlarımda  öz üzərimdə işləyir, ortodontiyaya aid bilik və məlumatlarımı artırmağa, özümü  təkmilləşdirməyə  çalışıram. Bundan başqa, praktik təcrübəmi artıraraq bir çox konfranslarda Azərbaycan, rus və ingilis dillərində sinxron  tərcümələrlə çıxışlar edirəm.

·   2008-ci ildən  Bakı, Misir (Qahirə və Luksor), Türkiyə, Almaniya, Fransa, İtaliya, Portuqaliya, Avstriya, Çexiya, Böyük Britaniya, Macarıstan, Belçika, İsveçrə, Finlandiya, Hollandiya, Amerika (Boston, Nyu York, Çikaqo, Vaşinqton, Mayami, Denver, Atlant, Nyu Orlean, Los-Anceles, Orlando, Havay adaları, San-Dieqo, San-Fransisko, Reno), Avstraliya (Sidney) kimi bir çox ölkə və şəhərlərdə keçirilən konfranslarda iştirak  etmişəm.

Ortodontiya kafedrası

2018-ci ildə fəlsəfə doktorluğu dərəcəsinə layiq görüldüm , "Stomatologiya və Üz-çənə Cərrahiyəsi" kafedrasına yalnız ortodontiyanın tədris etmək şərti ilə yarım ştat  müəllim  təyin olundum. O vaxt institutda "Ortodontiya" kafedrası yox idi, lakin uzmanlaşma nazirlik kabinetinin tərəfindən artıq 2 ildir tətbiq edilir və klinikalar ayrıca "Ortodontiya" üzrə lisenziya alırlar. 2022-ci ildə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk ortodontiya kafedrası təsis olundu. Ortodontiya kafedrasının yaradılması tarixi hadisədir və kafedra əməkdaşlarının üzərinə ixtisaslı həkim-ortodont kadrlarının hazırlanması və “Ortodontiya” ixtisasının aktiv inkişaf etdirilərək müasir standartlara cavab verən səviyyəyə çatdırılması vəzifəsi qoyur. İnstitutun rektoru professor Nazim Qasımovun imzaladıgı əmr əsasında ortodontiya kafedrasının müdiri vəzifəsinə t.ü.e.d. , Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) prezidenti Ziba Qasımova (Ziba Vaqif qızı Həsənova 1997-ci ildə Azərbaycanda sabit breket sistemini quran ilk həkimdir), kafedranın assistentləri vəzifəsinə t.ü.f.d. O.F.Qasımov və t.ü.f.d. Q.B.Əliyeva təyin edilmişlər. Yeni yaradılmış kafedrada  biz dörd nəfər həkimik və həftəlik kurslarımızda tələbələrə ortodontiyanı tədris edirik.

İlk performanslarım Tələbə elmi cəmiyyətindən başlamışdır, daha sonra 2012ci ildə  Moskvada çıxış etdim və bundan sonra bir çox dəfə APOC konfranslarında həmkarlarımla birlikdə çıxış etdim, 2016-cı ildən isə mütəmadi  olaraq ortodontiya üzrə dərs və master klasslar şəklində özüm müəllimlik etməyə başladım.

2023-cü ildə isə Azərbaycandan dünya mədəniyyətinin ən qədim şəhərlərindən biri olan Misirin yüzillik tarixini özündə əks etdirən   Luksor şəhərində keçirilən 35-ci beynəlxalq illik konfransda çıxış etməyə dəvət edildim. Qədim Misrin Tebes şəhərinin xarabalıqları üzərində qurulan Luksor dünyanın ən böyük açıq hava muzeyinin yerləşdiyi şəhər hesab olunur. Tam bir qranit blokundan hazırlanmış ən qədim obeliskləri, faraonların qəbirləri və inanılmaz məbədləri ilə məşhur bu şəhərdə retensiyalı  dişlərin müalicəsi zamanı estetikaya həsr olunmuş çıxışım oldu.

Xüsusi texnikalar haqqında

Mənim geniş praktik təcrübəm və ortodontik təsəvvürüm müasir ortodontiya texnikaları və fəlsəfələrinin  birgə kombinasiyasını icra etməyə imkan verir, məsələn, Face fəlsəfəsi, Andrews 6 elementləri, Tom Pitts masters kimi. Klinikamızda  Dolpin Imaging software (lisenziyalı kompüter proqramı orto-cərrahi, iki və üç ölçülü təlimatları və əməliyyatlar üçün 3D splintləri ölçmək üçün kömək edir), 3D scaner Emerald Planmeca (3D və STL formatında müştərinin dişlərini dəqiq şəkildə dijital mühitə köçürməyə imkan verir), Spectralase-2000 lazeri (maksimum estetik gülüş üçün diş ətrafındakı nahiyəni işləmək üçün yüksək dəqiqlikli bir yarımkeçirici optik lazer) kimi yüksək texnologiyalı elementlərin mövcudluğu mənə tam diaqnoz qoyub 50% təsdiq etməyə kömək edir.


Bundan başqa,  mən yalnız  keyfiyyətli, özünü sübut etmiş şirkətlərin materiallarını və alətlərini istifadə edirəm. Reliance Orthodontics yapışdırıcı sistemləri (100 ilə yaxın bazar), DynaFlex (ABŞ), Forestadent (Almaniya), OrthoClassic (ABŞ), Ormco (ABŞ), A1 Bioray mikroimplantları (Tayvanın ən güclü polad  mikroimplantları, Moos skalasına görə sərtliyi 52 - katana üçün yapon polad) və Magnum Ortho, Forestadent, Dentaurum, American Orthodontics, Orthoply, Ortho Direct, DynaFlex kimi şirkətlərin alətlərini istifadə edirəm.