Fərdi Qayğı.

Erkən Müalicə

Amerika Ortodontlar Assosiasiyası uşaqların ilk müayinələrinin yeddi yaşında  olmasını  tövsiyə edir. Nə üçün? Çünki bu, skeletin  inkişafını qiymətləndirmək və daimi dişlərin vəziyyətini  müəyyənləşdirmək üçün ən uyğun zamandır.  Ağır dişləm anomaliyaları  (çənə sümüyünün yanlış  inkişafı) bu vaxt ərzində ehtiyac olduğu təqdirdə müalicə oluna və ya dəyişdirilə bilər .

Fərdi qayğı

Hər bir uşağın ehtiyacı fərqlidir.Onların  bir qismi üçün bütün daimi dişlər çıxmazdan əvvəl müalicəyə başlamaq daha yaxşıdır - buna erkən müdaxilə  deyilir. Digərləri üçün daimi dişlərin tam çıxması və köklərin tamamilə formalaşması üçün gözləmək daha məntiqlidir. Belə olan halda  pasiyentin "özünün  ən yaxşı versiyasını" seçməsinə zəmanət veririk.


Biz xəstənin təbii  inkişaf nəzəriyyəsini diaqnozlaşdırırıq və ən optimal təməllər yaratmaq üçün inkişafın təbii ardıcıllığını planlaşdırırıq. Vaxtında hərəkət etmək önəmlidir, çünki bu, nəticələrin sabitliyini, funksiyasını və estetikasını təkmilləşdirərək, gələcəkdə problemlərin qarşısını ala bilər.

Davamlı izləmə ilə düzgün qiymətləndirmə sizə səmərəli  müalicə almağa kömək edəcəkdir.


Doğru zamanda

Üstünlükləri

  • Sıx dişləri aradan qaldırmaq üçün dişlərin sıxlığını azaltmaq.
  • Çıxan ön dişlərin və digər yerdəyişmiş dişlərin zədələnmə riskini azaltmaq
  • Çənələrin inkişafını və daimi dişlərin düzgün vəziyyətini təmin etmək
  • Dişlərin sıxlığının və kariyesin müalicəsi
  • Zərərli vərdişlərin aradan qaldırılması
  • Təkmilləşdirilmiş xarici görünüş və özünə inam